İldırım 80 adamı məhv etdi
Son iki gündə Hindistanda təbii fəlakət üzündən azı 80 nəfər ölüb.
Axar.az xəbər verir ki, ildırım vurmasına və şiddətli yağışlara görə Bihara bölgəsində 53, Carxandda isə 10 nəfər həlak olub. Uttar Praşed əyalətində ölü sayı 17-yə çatıb.
Qeyd edək ki, ötən il Hindistanda ildırım vurmasından 32 nəfər həyatını itirmişdi.
Mənbə:> Axar.az