Bakıda bir nəfər dənizdə batdı

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfərin dənizdə batması barədə məlumat daxil olub.
Oxu.Az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri axtarışlara başlayıb.
Əlavə məlumat veriləcək.
Mənbə: Oxu.Az