ÜST: Qaynar çay xərçəngə səbəb ola bilər » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

ÜST: Qaynar çay xərçəngə səbəb ola bilər

ÜST: Qaynar çay xərçəngə səbəb ola bilər

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yanında Xərçəngin öyrənilməsi üzrə beynəlxalq agentlik həddən artıq qaynar qəhvə və çayın istifadəsini sağlamlıq üçün təhlükəli hesab edir.

Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, agentliyin tədqiqatına əsasən, həddən artıq qaynar çay və qəhvənin istifadəsi qida borusunun xərçənginə gətirib çıxara bilər.

Söhbət qaynarlığı 65 dərəcə Selsidən yüksək olan içkilərdən gedir.

“Tədqiqatın nəticələrinə görə, həddən artıq qaynar çay və qəhvənin istifadəsi qida borusunun xərçənginə gətirib çıxara bilər. Buna səbəb içkilərin tərkibi deyil, onların temperaturudur”, - ÜST-ün xərçəng üzrə tədqiqat agentliyinin rəhbəri Kristofer Vayld bəyan edib.

Tədqiqatın üzərində 23 alim işləyib. Onların işinin nəticələri “Lanset” tibb jurnalında dərc olunub.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *