Cəbhdədə son hərbi əməliyyatlarla bağlı “Qaynar xətt” yaradıldı
Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hərbi əməliyyatlarla bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunda “Qaynar xətt” yaradılıb.
Dövlət Komissiyasından Oxu.Az-a verilən məlumata görə, “Qaynar xətt”in yaradılmasına vətəndaşların müraciətləri nəzərə alınaraq qərar verilib.
Müraciətlər (012) 405-99-79 nömrəli qaynar xəttinə qəbul olunur.
Mənbə:> Oxu.az