“Pirelli”: “Formula-1” zamanı isti hava problem yarada bilər » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

“Pirelli”: “Formula-1” zamanı isti hava problem yarada bilər

“Pirelli”: “Formula-1” zamanı isti hava problem yarada bilər

“Pirelli” şirkətinin avtoidman bölməsinin rəhbəri Pol Hembri Bakıda keçiriləcək “Formula-1” yarışları zamanı təkərlərin sıradan çıxa biləcəyinə dair narahatlığını ifadə edib.

Oxu.Az motorsport.com-a istinadən xəbər verir ki, Pol Hembri bunun səbəbini Bakı trasının ekstremal-uzun düz hissəsi və İçərişəhərin Qoşa Qala qapısı istiqamətində üzərinə müvəqqəti asfalt döşənmiş daş yolla bağlı olduğunu deyib. O bildirib ki, trasın həmin hissəsində təkərlərə həddən artıq yük düşəcək, bu da onların zədələnməsinə səbəb ola bilər.

“Pirelli” komandasının rəhbəri qeyd edib ki, yarışların keçiriləcəyi zaman havaların isti olacağı proqnozlaşdırılır.

“Bakıda asfalt örtüyü isti günəş şüalarının təsiri altında gözləniləndən daha tez yararsız hala düşə bilər. Mütləq yoxlamalar aparmaq lazımdır. Əgər müvəqqəti asfalt örtüyü dağılmağa başlasa, bu ciddi problem olacaq” - Pol Hembri deyib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *