Kiyevdə gey-parad – FOTO
Bu gün səhər Kiyevdə gey-parad keçirilib.
Oxu.Az Ukrayna KİV-nə istinadən xəbər verir ki, aksiyanı Bərabərlik marşı adlandırıblar.
1000 nəfərin iştirak etdiyi aksiyanı 6000 polis mühafizə edib. Keçən il bu qəbildən olan marşa radikal qruplar hücum etmişdi, ona görə də bu dəfə təşkilatçılar təhlükəsizliyi qorumaq üçün əllərindən gələni edəcəklərini vəd veriblər.
Marşdan bir neçə gün öncə Rusiyada qadağan edilmiş “Sağ sektor” şəhərin meri Kliçkodan “üzdəniraqların və kafirlərin paradını” qadağan etməyi tələb edib. Əks halda, onlar “qanlı qırğın” törədəcəklərini bildiriblər.
Marşın təşkilatçıları heç bir performans planlamadıqlarını bildiriblər. Aksiyanın yeganə məqsədi hüquqi mühafizədir.
Xalq deputatı Sergey Leşenko bildirib ki, Bərabərlik marşına Avropa parlamentinin deputatları da gəlməlidirlər.
“Son günlərdə səfirlərdən, ABŞ Dövlət Departamentinin xüsusi nümayəndələrindən, Avropa deputatlarından keçən ildən fərqli olaraq bu dəfə şəhərin mərkəzi hissəsində keçiriləcək marşda daha fəal iştirak etmək haqqında çağırışlar səslənilir... Kiyevə LGBT-parada xüsusi olaraq Avropa parlamentinin deputatları Rebekka Harms, Ana Qomes, Sofi Velt gəlir”, - deputat bildirib.
Gey-paradın keçirilməsinə qarşı yalnız sağ radikal qruplar çıxış etməyib. Hələ mayın 30-da Kiyev şurasının saytında Bərabərlik marşının keçirilməsinə qarşı petisiya yaradılmışdı. Bir neçə gün ərzində petisiya lazım olan 10 min imzanı topladı, amma şəhər rəhbərliyi onu təmin etmədi.
“Ölkədə müharibə gedir, döyüşçülərin çoxu ön cəbhədən psixoloji problemlər ilə qayıdıb. Hakimiyyət müdafiəçilərimizə lazımi dəstəyi göstərmək əvəzinə, hazırda yersiz olan “paradları” müdafiə edir”, - petisiyanın müəllifi yazıb.
Mənbə:> Oxu.Az