Braziliyada olimpiya çimərliyində fövqəlbakteriya aşkar edilib » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Səhiyyə

Braziliyada olimpiya çimərliyində fövqəlbakteriya aşkar edilib

Braziliyada olimpiya çimərliyində fövqəlbakteriya aşkar edilib


Rio-de-Janeyronun sahillərində antibiotiklərdən qorxmayan xəstəxana bakteriyası aşkarlanıb.

Oxu.Az Reutersə istinadən xəbər verir ki, təhlükəli bakteriyanın DNT-si şəhərin mərkəzində beş olimpiya çimərliyində - Rodriqo-de-Freytas sahilində və Quanabara körfəzinə tökülən çayda aşkar edilib.

Fövqəlbakteriya sidik-cinsiyyət orqanında və mədə-bağırsaq sistemində çətin müalicə edilən pozğunluğa səbəb ola bilər, yalnız ağciyərlərin və qan dövranı sisteminin infeksion xəstəliklərinə deyil, eləcə də meningitə gətirib çıxara bilər.

Bu mikroorqanizmin yaratdığı xəstəliklər, immuniteti zəif olan pasientlər üçün ölümlə nəticələnə bilər.

Fövqəlbakteriya əvvəl yalnız xəstəxana mühitində mövcud olub, amma hazırda onun arealı genişlənib.

Braziliyada Olimpiada avqustun 5-də keçiriləcək.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *