KİV: “Fenerbahçe” və “Galatasaray” SOCAR-ın sponsorluğu uğrunda mübarizəyə başlayıblar
İllərdir ki, transferlər mövzusunda davamlı olaraq qarşı-qarşıya gələn Türkiyənin “Fenerbahçe” və “Gatalasaray” klubları bu dəfə forma reklamı üçün mübarizəyə başlayıblar.
Oxu.Az xəbər verir ki, bu barədə qardaş ölkənin Fotospor saytı yazıb.
Sayt qeyd edir ki, Azərbaycanın Dövlət Neft Şirkətinin (SOCAR) Avro-2016 çempionatının reklam bazarında iştirakı klubları hərəkətə gətirib.
Fotospor-un məlumatına görə, hazırda SOCAR-ın sponsorluğunu əldə etmək üçün klubların nümayəndələri tam gücü ilə çalışırlar.
Bildirilir ki, “Galatasaray” azarkeş sayı və klubun tarixi, “Fenerbahçe” isə ulduz oyunçuları və azarkeşlərinin kluba bağlı olduğunu əsas gətirərək, şirkətin dəstəyini qazanmaq istəyirlər.
Mənbə:> Oxu.Az