Azərbaycanda siqaret çəkilməsinə görə sahibkarlar cəzalandırılacaq » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Azərbaycanda siqaret çəkilməsinə görə sahibkarlar cəzalandırılacaq – VİDEO

Azərbaycanda siqaret çəkilməsinə görə sahibkarlar cəzalandırılacaq

Artıq ictimai yerlərdə, hətta ticarət və iaşə obyektlərinin qarşısında da siqaret çəkən görməyəcəksiniz.

Oxu.Az Xezerxeber.com-a istinadən xəbər verir ki, çünki tütün istifadəsi ilə bağlı cəzalar sərtləşdirilir.

Beləliklə də sahibkarlar qarşısında ciddi tələblər qoyulacaq.

Siqaret çəkilməsinə görə sahibkarlar cəzalandırılacaq. Tütün məmulatlarından istifadənin daha da məhdudlaşdırılması ilə bağlı qanun layihəsinin hazırlanacaq.

Çünki mövcud qanunvericiliyə görə, bir çox qapalı ictimai yerdə tətbiq edilən siqaret qadağasını çəkənlər sadə üsullarla pozur. Məsələn, həmin yerlərin qapısının ağzında, hətta təhsil müəssisələrinin yaxınında siqaret çəkir.

Qadağanı kəskin şəkildə tətbiq edən bir çox ölkədə siqaret məktəb və universitetlər başda olmaqla, ictimai yerlər və iaşə obyektlərindən azı 200 metr aralıda çəkilə bilər. Hətta bəzi ölkələr bu qadağanı hava limanında da tətbiq edirlər. Bu təcrübədən bizdə də istifadə olunacaq. Polis, bu halla qarşılaşdıqda həm istifədəçiyə, həm də sahibkara cərimə tətbiq edəcək.

Statistikaya görə, ölkədə əhalinin 40-60 faizi siqaret çəkir. Fuad Muradovun sözlərinə görə, cərimələrin miqdarının artırılması da təklif edilir.

Artıq bütün detallar hazırdır. Lahiyə Milli Məclisinin plenar iclasında təqdim olunacaq.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *