Azərbaycan ən çox siqaret çəkən ölkələr sırasındadır
Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, spirtli içki ilə yanaşı ən çox siqaretdən istifadə edən ölkələr də Şərqi Avropa yerləşir.
Oxu.Az xəbər verir ki, ən çox siqaret çəkən ölkələrin siyahısına Çernoqoriya başçılıq edir. Burada hər yetkin vətəndaşa ilə 4 min 124 siqaret düşür, bu da günə 11,3 siqaret deməkdir.
Statistikaya əsasən, ilk beşliyə həmçinin Belarus, Livan, Makedoniya və Rusiya daxildir.
Azərbaycan bu siyahıda 13-cü yerdədir.
İlk iyirmilik belədir:
1. Çernoqoriya
2. Belarus
3. Livan
4. Makedoniya
5. Rusiya
6. Sloveniya
7. Belçika
8. Lüksemburq
9. Çin
10. Bosniya və Herseqovina
11. Çexiya
12. Qazaxıstan
13. Azərbaycan
14. Yunanıstan
15. Cənubi Koreya
16. Avstriya
17. İordaniya
18. Ukrayna
19. Estoniya
20. Macarıstan
Əhalisi ən az siqaret çəkən ölkə Qvineyadır.
Mənbə:> Oxu.Az