Filipp Kirkorov Bakıya gəlir » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maqazin, Dünya

Filipp Kirkorov Bakıya gəlir – VİDEO

Filipp Kirkorov Bakıya gəlir

İyulun 9-da və 10-da müğənni-bəstəkar Emin Ağalarovun təşkilatçılığı ilə ifaçının sahibi olduğu “Sea Breeze” istirahət mərkəzində “Jara” adlı musiqi festivalı keçiriləcək.

Oxu.Az xəbər verir ki, gecədə Rusiya şou-biznesinin ulduzları, Azərbaycanın xalq artisti Zülfiyyə Xanbabayeva, “Rast” qrupu da iştirak edəcək.

Qonaqlar arasında Rusiyanın xalq artisti Filipp Kirkorov da olacaq.

Emin bu haqda İnstarqam səhifəsində məlumat verib.

Ağalarovun sosial şəbəkədə paylaşdığı videogörüntüdə Kirkorov “İsti olacaq, çünki orada mən olacağam”,- deyə bildirib.

“O, həqiqətən də olacaq və bu, möhtəşəm olacaq”, - deyə Emin ifaçının sözlərinə əlavə edib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *