Qazaxıstanda xüsusi əməliyyat » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Dünya

Qazaxıstanda xüsusi əməliyyat – YENİLƏNİB + VİDEO

Qazaxıstanda xüsusi əməliyyat

Qazaxıstanın Aktobe şəhərində bazar günü törədilən terror aktlarından sonra axtarılan 5 ekstremistdən ibarət qrup zərərsizləşdirilib.

Oxu.Az bu barədə İnterfaks-a istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidməti məlumat yayıb.

“Qazaxıstanın terror əleyhinə mərkəz Aktyubinsk vilayətinin əməliyyat terror əleyhinə mübarizə qərargahının qüvvələri ilə axtarılan cinayətkarların zərərsizləşdirildiklərini bildirir”, - məlumatda deyilir.

Məlumata görə, terroçuların Nekrasov küçəsində yerləşən mənzildə olduqları müəyyənləşdirilib. MTK və DİN xüsusi təyinatlı dəstələri yaşayış evini mühasirəyə alıblar və terrorçuların olduğu mənzili blok ediblər.

“Danışıqlar zamanı terrorçular könüllü şəkildə təslim olmaqdan imtina ediblər və atəş açıblar. Silahı təhvil vermək barədə təkliflər də nəticə verməyib. Xüsusi təyinatlı dəstələrin keçirdiyi əməliyyat nəticəsində mənzildə olan dörd terrorçu məhv edilib”, - məlumatda deyilir.

10.41

Qazaxıstanın xüsusi xidmət orqanları Aktobe şəhərində törədilən terror aktlarına aidiyyatı olan ekstremistlərin saxlanılması ilə bağlı əməliyyat keçirib.

Oxu.Az xəbər verir ki, bu barədə iyunun 10-da Qazaxıstan Milli Təhlükəsizlik Komitəsindən bildiriblər.

“Təslim olma təklifinə terrorçular silahlı müqavimət ilə cavab veriblər. Tədbirlər davam edir, nəticələr haqqında əlavə məlumat veriləcək”, - məlumatda deyilir.

Saxlanılan şəxslərin sayı dəqiq göstərilmir. Qeyd edildiyi kimi, əməliyyatların keçirilməsi zamanı əhalinin təhlükəsizliyi təmin olunub.

İyunun 8-də Qazaxıstan prezidenti Nursultan Nazarbayev Aktobedə baş verənlərlə əlaqədar bildirib ki, respublikada “rəngli inqilabların” əlamətləri meydana gəlib.

Dövlət başçısı qeyd edib ki, “məlumata görə, terror aktı radikal dini cərəyanlara sadiq olan şəxslər tərəfindən təşkil edilib”.

Həmin gün Nazarbayev hücumu təşkil edənləri saxlamaq, silahlı müqavimət göstərildiyi halda isə hücum edənləri məhv etmək əmrini vermişdi.

Xatırladaq ki, iyunun 5-də Aktobe bir neçə ekstremist qrupunun hücumuna məruz qalıb, nəticədə isə 7 nəfər ölüb və 38 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

“Pallada” silah mağazasının yanında satıcı, mühafizəçi öldürülüb, yoldan keçən şəxs isə yaralanıb, həmin şəxs sonradan xəstəxanda ölüb. Bir şəhər sakini ikinci silah mağazasına hücum zamanı ölüb, hərbi hissəyə hücum zamanı isə üç hərbçi ölüb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *