Kişi uşağını öpməyən həyat yoldaşını bıçaqladı – VİDEO
Paytaxtda ər arvadını bıçaqlayıb. Acınacaqlı məqamlardan biri isə hadisənin azyaşlı uşağın gözləri qarşısında törədilməsidir.
Oxu.Az xəbər verir ki, ANS TV-nin məlumatına görə, qeyri-rəsmi nikah münasibətlərində olan qadını bıçaqlayan 52 yaşlı Bəxtiyar Məmmədov əməlinə haqq da qazandırmağa çalışıb.
Suraxanı polisi tərəfindən qolu qandallanan Bəxtiyar, bir neçə gün öncə övladı ilə ata yurdu - Astara rayonuna getdiyini deyir. Hadisə günü evə qayıdan zaman həyat yoldaşı 43 yaşlı Aytəkin Qüdrətovanın onu qarşılamasından xoşlanmayıb:
“Məni soyuq qarşılayıb, uşağı da öpməyib...”.
Məmmədovun dediklərinə görə, həyat yoldaşı ilə hər zaman normal münasibəti olub. Hətta Bəxtiyar məhbus olduğu vaxtlarda qadın onu tək buraxmayıb. Uzun illər bir yastığa baş qoyduğu qadını xəstəxanalıq edən Bəxtiyar əməlindən peşman olmadığını deyib.
Mənbə:> Oxu.Az