347 azərbaycanlı qız əcnəbi kişiyə ərə gedib
Cari ilin son 4 ayında 347 azərbaycanlı qadın əcnəbi kişi ilə nikah bağlayıb.
Dövlət Statistika Komitəsindən azvision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2016-cı ilin dörd ayı ərzində Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyatı şöbələri tərəfindən ölkədə 19,7 min nikaha daxilolma və 4,1 min boşanma halı qeydə alınıb.
Məlumatda bildirilib ki, qeydə alınmış nikahların 347-i Azərbaycan vətəndaşı olan qadınlarla xarici ölkə vətəndaşı olan kişilər arasında bağlanıb.
Eyni zamanda Azərbaycan vətəndaşı olan 292 kişi xarici ölkə vətəndaşı olan qadınlarla nikaha daxil olub.
Mənbə:> Virtualaz.org