Layma Vaykule: Şişman azərbaycanlılar mənə əsrarəngiz çiçəklər bağışlayırdılar... » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Tarix, Maqazin

Layma Vaykule: Şişman azərbaycanlılar mənə əsrarəngiz çiçəklər bağışlayırdılar...

Layma Vaykule: Şişman azərbaycanlılar mənə əsrarəngiz çiçəklər bağışlayırdılar...


Bir gün dərk etdim ki, restorandan getmək lazımdır. Orada boğulduğumu və sıxıldığımı hiss etdim.

Oxu.Az “Pro zvezd”a istinadən xəbər verir ki, bu barədə məşhur latviyalı müğənni Layma Vaykule Bakı Filarmoniyasında yaradıcılığı barədə suala cavab verərkən bildirib.

Müğənninin sözlərinə görə, Latviyada solo karyeraya başlamaq məqamı gəlib çatmışdı.

“Raymond Paulsa dedim ki, istənilən konsert təşkilatında işləməyimə kömək edə bilərmi? Raymond Yurmala şəhərinin mədəniyyət şöbəsinə məktub yazdı. Rədd cavabı gəldi.

Həmin vaxt mənim başqa respublikaların filarmoniyalarının rəhbərlərini tanıyan direktorum var idi. Elə o mənə “Azkonsertə” sığınmağı məsləhət gördü. Mən dərhal və məmnuniyyətlə razılaşdım.

Və buna görə onlara (azərbaycanlılara) çox minnətdaram. İlk beynəlxalq müsabiqəm “Bratislavskaya lira”ya artıq Bakı Filarmoniyasının solisti qismində getdim”, - müğənni qeyd edib.

“Latviyada sizi “satqınlığınıza” və inadkarlığa görə güllələmədilər” sualının cavabında isə müğənni yumorla qeyd edib:

“Mənə elə şeylər deyirdilər ki... (gülür). Yenidənqurma zamanında guya Rusiyanın “Vzqlyad” televiziya proqramının jurnalistləri gəlmişdi. Heç vaxt unutmaram, onlar mənə nifrətlə baxıb soruşdular: “Şişman azərbaycanlılar sizi necə qəbul etdi?” Onlar məni əsəbləşdirdi. Mən elə onların intonasiyasında cavab verdim.

“Şişman azərbaycanlılar hər konsertdən sonra mənə əsrarəngiz çiçəklər və meyvə səbətləri bağışlayanda, arıq latışlar, Latviyanın ən populyar müğənnisinə öz qrupunu təşkil etməyə icazə verməkdən qorxaraq gözlərini qaçırdırdılar”.

Mənə vurulan “satqın” damğasından qorxmayan hər kəsə dərin hörmətlə yanaşıram.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *