Polis bu gənci axtarır – FOTO
Qazaxın Daş Salahlı kənd sakini itkin düşüb.
AzNews.info-nun Report-a istinadən verdiyi məlumatına görə, 26 yaşlı Amil Nəsibov bu ilin fevral ayında işləmək məqsədi ilə Bakıya gəlib.
Bir müddət paytaxda qalan gənc sonuncu dəfə martın 23-də gizli nömrədən atası Rəsul Nəsibova zəng edib. O atasına bildirib ki, “ya sabah, ya da birisi gün rayona gələcəyəm, gedərik Türkiyəyə işləməyə”.
Bu, onun təqribən 3 ay öncə söylədiyi son sözlər olub. O tarixdən bu günə qədər Amil valideynləri ilə əlaqə saxlamayıb. Nigaran qalan ata-ana Qazax rayon Polis Şöbəsinə müraciət edib.
Hazırda Amil Nəsibovun axtarışları davam edir. Ailə üzvləri övladlarını görənlərdən 055-443-30-84 nömrəsinə zəng edərək məlumat vermələrini xahiş edirlər.
Mənbə:> Report.az