Bakıya işləməyə gələn Türkiyə vətəndaşı yoxa çıxıb » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Kriminal, Foto

Bakıya işləməyə gələn Türkiyə vətəndaşı yoxa çıxıb – FOTO

Bakıya işləməyə gələn Türkiyə vətəndaşı yoxa çıxıb


Azərbaycana işləməyə gələn Türkiyə vətəndaşı itkin düşüb.

AzNews.info-nun ANS PRESS-ə istinadən məlumatına görə, bu barədə Türkiyənin “Milliye” qəzetinə itkin düşən Mehmet Çölelekin ailəsi xəbər verib.

Həyat yoldaşı Vecihe Çökelekin sözlərinə görə, Mehmet Çökelek 18 ay əvvəl türk şirkətlərindən birində işləmək üçün Bakıya gəlib.

Qadın bildirib ki, həyat yoldaşı 2014-cü ilin sentyabr ayında Bakıya gedib. “Onunla 2 ay telefonla danışdım. Mən son danışığımızda dedim ki, əgər pul qazana bilmirsənsə, biletini al, qayıt evə. O da “hə” dedi. Daha sonra əlaqəmiz kəsildi. Şirkətə zəng vurdum, işdən çıxdığını dedilər. Hazırda harda olduğunu bilmirəm. Uşaqlarım da hər gün atalarını soruşurlar”,- deyə qadın bildirib.

Onun sözlərinə görə, tarlada çalışıb 3 uşağını çətinliklə böyüdür. Pulları olmadığı üçün böyük qızı Halime məktəbə gedə bilmir. “Həyat yoldaşım evlənsə də, onu qəbul edərəm. Uşağı olsa da razıyam. Amma məni burada tək qoymasın”,- deyə Çökelek bildirib.

M.Çölelekin qızı Halime də atası üçün çox darıxdığını bildirib.

Onun 14, 13 və 7 yaşlarında 3 övladı var. Ailə Türkiyənin Hatay şəhərinin Reyhanlı qəsəbəsində yaşayır.

Bakıya işləməyə gələn Türkiyə vətəndaşı yoxa çıxıb

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *