Puşkin Azərbaycanda yad edildi » AzNews.info -Xəbər portalı

Puşkin Azərbaycanda yad edildi – FOTO

Puşkin Azərbaycanda yad edildi


Dahi rus şairi A.S.Puşkinin anadan olmasının 217-ci ildönümü ilə əlaqədar Səbail rayon İcra Hakimiyyəti, Rusiya Federasiyasının ölkəmizdəki səfirliyi və “Sodrujestvo” cəmiyyətinin birgə təşkilatçılığı ilə onun abidəsi önündə tədbir keçirilib.

Oxu.Az xəbər verir ki, respublika “Sodrujestvo” cəmiyyətinin sədri Tatyana Kərimova bildirib ki, belə bir tədbirin keçirilməsinin Azərbaycan və Rusiya xalqları arasında dostluq və mədəni əlaqələrin gücləndirilməsində böyük rolu var.

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin, Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev, Azərbaycandakı rus icması sədrinin birinci müavini Yuri Zenin iki ölkə arasında mədəni əlaqələrin möhkəmləndirilməsində A.S.Puşkinin doğum günü və digər tədbirlərin rolunun əvəzsiz olduğunu bildiriblər.

Qeyd edilib ki, rus ədəbiyyatının formalaşması və inkişafında misilsiz xidmətləri olmuş A.S.Puşkin təkcə rus xalqı tərəfindən deyil, dünyanın bütün xalqları tərəfindən sevilir.

Tədbirdə Səbail rayon orta məktəblərinin şagirdləri, tanınmış mədəniyyət xadimləri və şairlər, Azərbaycandakı rus icmasının nümayəndələri çıxış ediblər.

Puşkin Azərbaycanda yad edildi
Puşkin Azərbaycanda yad edildi

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *