Sənətdən uzaqlaşan azərbaycanlı müğənni Türkiyədə ailə qurdu – FOTO
“Azəri Star” mahnı müsabiqəsindən tanınıb sevilən, “Qara-qara”, “Bluetooth”, “Lava”, “Optimist”, “Milyonların Arzusu” mahnıları ilə populyarlaşan müğənni Arzum Xəlilova ailə həyatı qurub.
Xatırlayırsınızsa, qəfil parlayıb və bir anda ekranlardan itən ifaçını ötən ilin noyabr ayında axtarıb-arayıb Türkiyədə tapmışdıq. Onun Türkiyə vətəndaşı ilə nişanlanması, sənətdən uzaqlaşması və bu kimi digər maraqlı nüanslarla təqdim etdiyimiz müsahibədə tanış olmuşdunuz.
Bir neçə ildir müğənnilik fəaliyyətini donduran A.Xəlilova bu dəfə Oxu.Az-a ailə qurması barədə açıqlama verib.
“İyun ayının 4-də Türkiyədə qız və oğlan toyu bir arada oldu. Həyat yoldaşımın işi ilə əlaqədar hələlik 6 ay Antalyada yaşayacağıq, sonra yenidən İstanbuldakı evimizə geri dönəcəyik”, - deyə ifaçı bildirib.
Arzum “Azərbaycanda da toy etmək fikriniz varmı?” sualına “Xeyr. Çünki görmək istədiyim bütün əzizlərim yanımda idilər, Bakıdan toya çoxlu sayda qonaqlar gəlmişdilər” cavabını verib.
Müğənni “Yenidən sənətə qayıtmağı planlaşdırırsınızmı? Həyat yoldaşınız bu barədə sizi dəstəkləyirmi?” sualına isə belə cavab verib:
“Həyat yoldaşım etiraz etmir, sadəcə səndən çox ayrı qalmaq istəmirəm söyləyir. Hər zaman sənin yanında olacağam, arzularına əngəl olmaycağam deyir. Sadəcə indi şou-biznesdə yaşıl işıq görmürəm”.
- Bəs illərdir Azərbaycandan uzaq qalmaq sizə çətin deyil ki?
- Azərbaycana hər mövsümdə 2 həftəlik gəlirəm. Belə da davam edəcəyəm. Çünki ailəm üçün darıxıram.
P.S.: Müğəninin eksklüziv olaraq Oxu.Az-a təqdim etdiyi toy fotolarını yaxın günlərdə yayımlayacağıq. Odur ki, milyonlrala oxucu kütləsinin etibarını və sevgisini qazanmış Oxu.Az İnformasiya Agentliyini izləməyə davam edin.
Hazırda isə toy mərasimindən bir neçə şəkil təqdim edirik:
Mənbə:> Oxu.Az - Aytən Sadıqzadə