Sənətdən uzaqlaşan Arzum: Ərə gedirəm » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maqazin, Foto, Video

Sənətdən uzaqlaşan Arzum: Ərə gedirəm – VİDEO+FOTO

Sənətdən uzaqlaşan Arzum: Ərə gedirəm


Onu illər əvvəl “Azəri Star” mahnı müsabiqəsindən tanımağa başladıq. Bu gənc sarışın xanım fərqli ifası, özünəməxsus rəqsi, performansı, gözəlliyi və şarmı ilə insanların diqqətini cəlb etməyi bacardı. Sevildi, populyarlaşdı və birdən-birə ekrandan uzaqlaşdı. Bu isə onu sevənləri çaşqınlıq içərisində qoydu. Hər kəs onunla maraqlanmağa başladı: haradadır, nə işlə məşğuldur, niyə qəflətən gözlərdən itdi?

Bütün bu suallara cavab tapmaq üçün onu axtardıq və Azərbaycanda deyil, Türkiyədə tapdıq.

“Qara-qara”, “Bluetooth”, “Lava”, “Optimist”, “Milyonların Arzusu” mahnıları ilə gənclərin sevimlisinə çevrilən Arzum Xəlilova Oxu.Az-ın suallarını cavablandırıb.

Sənətdən uzaqlaşan Arzum: Ərə gedirəm


- Artıq üç ildir Türkiyədə yaşayırsınız və sənətdən uzaq düşmüsünüz. Orada yaşamağınıza başlıca səbəb nə oldu?

- 2012-ci ildə İstanbula klip çəkdirməyə gəlmişdim. Amma elə oldu ki, burada yaşamağa başladım. Bununla yanaşı İstanbulda biznesimi də qurmuşam. Bu da bir qismətdir deyə bilərəm.

- Bu yaxınlarda Türkiyə vətəndaşı ilə nişanlanmısınız, təbrik edirəm. O, hansı sahənin adamıdır?


Sənətdən uzaqlaşan Arzum: Ərə gedirəm
Sənətdən uzaqlaşan Arzum: Ərə gedirəm
Sənətdən uzaqlaşan Arzum: Ərə gedirəm


- Təbrikiniz üçün çox təşəkkür edirəm. İncəsənətlə bağlılığı var. Reklam şirkətində menecerdir.

- Həm sizin, həm də nişanlınızın valideynləri qərarınızı ilk dəfə eşidəndə necə reaksiya verdilər? Narazılıq oldu?

- Heç bir narazılıq olmadı. Artıq mənim 27, nişanlımın isə 28 yaşı var. Evlənmək istədiyimizi öyrənəndə hamı sevindi, gözəl reaksiya verdilər. Qayınatamı isə hamıdan çox istəyirəm, ikinci atam kimidir. Şükür, çox sevilən bir gəlinəm.

Sənətdən uzaqlaşan Arzum: Ərə gedirəm


- Toyu nə zamana planlaşdırırsınız?

- Qismət olsa gələn il ailə qurmağa hazırlaşırıq.

Sənətdən uzaqlaşan Arzum: Ərə gedirəm


- Türkiyədə musiqi fəaliyyəti ilə məşğul olursunuz?

- Sənətimdən uzaq düşdüm. Hələ ki bu sahədə çox ciddi hədəfim yoxdur. İncəsənət insanıyam, qismət olsa nə vaxtsa yenidən oxumağa başlayacağam. Hər şeyi həyata, zamana buraxmışam.

Sənətdən uzaqlaşan Arzum: Ərə gedirəm


- “Azəri Star”la populyarlaşdınız, daha sonra “Bluetooth” mahnısı ilə gənclərin sevimlisinə çevrildiniz. Müsabiqə vaxtı münsif üzvü İlhamə Quliyeva sizi çox bəyənir, hətta onun kimi gözəl olduğunuzu deyir, tez-tez sizi tərifləyirdi. İndi əlaqələriniz varmı, xalq artisti ilə münasibətiniz necədir? Həmin günlər üçün darıxırsınız?

- İlhamə xanım mənə heç kim ikən böyük dəstək olmuşdu. Onun haqqında kim nə deyirsə desin, o, mənim üçün çox əzizdir.

Sənətdən uzaqlaşan Arzum: Ərə gedirəm



- İştirakçılardan hazırda kiminlə ünsiyyətiniz var?

- Heç kimlə əlaqəm yoxdur. Şou aləmindən uzaqlaşmağı özüm istədim. 3 ildir müsahibə vermirəm və bu qədər fasilədən sonra ilk müsahibəni sizə verdim.

Mən 12 yaşımdan bəri sənətdəyəm. Həyəcan, məsuliyyət, gərgin iş qrafiki, televiziya, demək olar ki, hər şey məni yormuşdu. Mən estrada müğənnisiyəm, Azərbaycan estradasında isə xaricdəki kimi qazanc yoxdur. İşləyirsən, sevilirsən, amma nə konsertdən, nə də turnelərdən gəlir əldə edə bilirsən. Azərbaycanda toy müğənnisi olmaq daha sərfəlidir.

- Bu sənətdə 30-40 il külüng vuran insanlar var. Onlar bir dəfə də olsun yorulmuşam demirlər. Gənc yaşda sizi bu qədər tez yoran nədir belə?

Sənətdən uzaqlaşan Arzum: Ərə gedirəm


- Hamımız bilirik ki, qazandığını xərcləməsən zirvədə qala bilməzsən. Bu isə bir müddət sonra insanı yorur. Çünki eyni şeyi təkrar edirsən, beyin də yorulur. Bütün al-əlvan rənglər, hər şey insana monoton gəlir.

Eyni gündə həm salona, həm radioya, həm televiziyaya, həm də hansısa konsertə gedirdim. Bunlar 10 il təkrarlandı və mən yoruldum.

Məncə insan doğulduğu gündən güclü olmalıdır. Mən isə tənbələm.

Amma sənəti üçün yorulmayan Aygün Kazımova və Röya kimi insanları alqışlayıram. Zirvəyə məhz bu kimi insanlar layiqdir. Hansı ki, onlar heç bir əngəl tanımır və yorulmurlar. Onlarla fəxr edirəm.

- Siz özünüzü güclü xanım hiss etmirsiniz?

- Bəlkə də mən də güclüyəm, amma hal-hazırkı vəziyyətimə görə bunu deyə bilmirəm. Sadəcə sakitlik istəyirəm.

- Mənə elə gəlir ki, tək yorulmaq deyil, həm də nədənsə bezmisiniz, sıxıntı çəkmisiniz…

- İndi həyatımın fərqli mərhələsindəyəm. Hal-hazırda istəklərim fərqlidir. Məni bu qədər dəyişdirən bu ola bilər.

Sənətdən uzaqlaşan Arzum: Ərə gedirəm


- Onda sənətə birdəfəlik son deyirsiniz, yoxsa necə?

- Əsas istəkdir, istək olduqda insan o istəyə doğru hərəkət edir. İndiki istəyim hüzurdur. Sadəcə onu qoruyuram. Amma sənətə son deyə biləcəyimi zənn etmirəm. Hələ ki “pauza” deyirəm.

Sənətdən uzaqlaşan Arzum: Ərə gedirəm


- Qardaşınız Əli keçmiş “Next” qrupunda, daha sonra solo ifa etməyə başladı və o da sizin kimi birdən-birə ekrandan uzaqlaşdı. İndi nə ilə məşğuldur?

- Qardaşım ailə qurub, inşallah mart ayında övladı doğulacaq. O da öz işlərini qurub, onunla məşğuldur. İncəsənət onluq deyil. Bundan sonra heç vaxt incəsənətdə olmayacaq.


Sənətdən uzaqlaşan Arzum: Ərə gedirəm


- Hazırda ürəyinizdən hansı mahnının sözləri keçir?

- Hal-hazırda ürəyimdən sükut, hüzur keçir. Yağışın səsi gəlir qulağıma. Bu dünyada tək istədiyim şey hüzurdur.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *