Aytən Sadıqova: Mən bozbaşımı da bişirirəm, idmanımı da edirəm » AzNews.info -Xəbər portalı

Aytən Sadıqova: Mən bozbaşımı da bişirirəm, idmanımı da edirəm – FOTO

Aytən Sadıqova: Mən bozbaşımı da bişirirəm, idmanımı da edirəm


Oxu.Az-ın “Oyundan kənar” rubrikasının növbəti qonağı poverliftinq üzrə respublika çempionu Aytən Sadıqovadır.

- Aytən xanım, adətən müsahiblərim kişilər olur. Bu gün fərqli söhbətimiz olacaq! Bir xanımla söhbət məncə maraqlı olar, hələ bu xanım idmançıdırsa...

İdman və xanım? Sovet dövründə yaşamış bir qız üçün idmanı seçmək çətin deyildimi? Çünki o dövrlərdə qızların idmanla məşğul olması o qədər də normal qəbul edilmirdi.


- Əslində o dövrdə valideynlər övladlarının sağlam böyüməsinə daha çox fikir verirdilər, məsələn, kimisə yoqayla, kimisə gimnastikayla, kimisi cüdoyla, güləşlə məşğul olurdu. Bunu da birbaşa valideynlər edirdi. O vaxt telefon oyunları, televizor, internet çox inkişaf etməmişdi və uşaqlığımız sağlam, düzgün yolla gedirdi. Mən demirəm internet, telefon pisdir, amma uşaqların sağlam böyüməsi üçün bunlardan bir az uzaq tutmalıyıq.

Sovet dövrü və biz, məktəb formalarımız, əzbərlədiyimiz şeirlər belə fərqli idi. Yəni idman da fərqli idi. Mənim ailəm məni oğlan kimi böyütmüşdü, düzdü qardaşım var idi, amma uşağı necə böyüdürsən elə də tərbiyə alır. Anam çalışırdı, atam əməkdar xadim idi, qardaşım rəssamlıqla məşğul idi. İlk idman növü olaraq atletikaya başlamışam, onda 6 yaşım var idi, sonra cüdo, karate, daha sonra isə bodibildinqlə davam etmişəm. Artıq neçə ildir idmandayam. Bir müddət sonra poverliftinqlə davam etdim.

- Məktəb illəri də fərqli idi? Necə keçib illəriniz?

- Hamı məni idmançı qız kimi tanıyırdı, dərslərə qalanda isə kimyanı, biologiyanı, tarixi yaxşı oxumuşam, fizikanı, riyaziyyatı sevməmişəm. Normal oxuyurdum, amma idmana daha çox həvəsim var idi.

- Çox vaxt deyirlər ki, qadın evində oturmalıdı, nə idman? Xanıma evdarlıq yaraşır! Sizin fikrinizcə, necə?

- Mən bozbaşımı da bişirirəm, idmanımı da edirəm. Yəni həm evdar xanımam, həm də idmanla məşğulam. Səliqəliyəm, yemək bişirməyi sevirəm, bir xanıma nə aiddirsə mən onları edirəm, amma idmana da vaxt ayırıram. Düşünürəm ki, idmanla məşğul olan xanım elə hər şeyi də bacaran xanımdır.

- Ən dadlı hansı yeməyi bişirirsiz?

- Plovu, dolmanı və s. - çox yeməyi yaxşı bişirirəm. Xanım yemək bişirməyi bacarmalıdı, istəyərək bişirməlidi.

- Xanımlarla çalışırsız, belə desək onlara məşq keçirsiz. Bir xanım digər xanımlarla çalışanda necə olur?

- Yaxşı olur (gülür). Çətin deyil, dil tapıram və işimi görürəm, mən məşqçi, onlar tələbə (gülür).

- Bəs xanımlarımız ən çox nə üçün idmanla məşğul olur?

- Kökəlirlər, gəlirlər ki, birdən arıqlayaq, amma olmaz axı (gülür). Mənim əcnəbilərin ən çox sevdiyim metodları onlar üçün idmanın sağlamlıq olmasıdır, ömürləri boyu idmanla məşğul olurlar, bizim kimi iki aylıq bədən yığmaq üçün məşğul olmurlar. Məncə daha çox sağlamlıq üçün idman etməliyik, onda həm sağlam, həm də formada ola bilərik.

- Bəs ailəli xanım üçün idmanla davamlı şəkildə məşğul olmaq çətin deyil ki?

- Məncə çətin olmaz, amma mənim çox az ailəli günlərim olub, ailə qurdum və ayrıldım, təkbaşıma ayaq üstə qala bilməyi öyrəndim. Çətinliklərlə üzləşdim, amma güclü xanım kimi dimdik, kiməsə pislik etmədən həyatımı qura bildim. Təkbaşıma qızımı böyütməyi öyrəndim, onunla münasibətimiz ana-qız yox, məhz rəfiqə, dost kimidir.

- Xanımdan yaş soruşmazlar deyirlər, amma mənə maraqlıdısa soruşacam. Neçə yaşınız var və bu yaşa kimi idmandan başqa hansı sahələrdə çalışmısınız?

- (gülür) Mən də qəbul etmirəm, xanımın yaşını soruşmazlar deyilir, niyə də olmasın ki. 42 yaşım var və yaşımın yarı ilini idmanla məşğul olmuşam, amma çalışdığım sahələr də az deyil. Neft Şirkətində, Baş prokurorluqda çalışmışam, ümumiyyətlə, 25 ilimi dövlət sahəsinə həsr etmişəm.

Aytən Sadıqova: Mən bozbaşımı da bişirirəm, idmanımı da edirəm
Aytən Sadıqova: Mən bozbaşımı da bişirirəm, idmanımı da edirəm
Aytən Sadıqova: Mən bozbaşımı da bişirirəm, idmanımı da edirəm

- Sevdiyiniz məkan, sevdiyiniz içki, sevdiyiniz istirahət metodu?

- Mən daha çox dəniz kənarını sevirəm, içki içmirəm, müsəlmanam, müsəlman xanım bəzi şeylərə bir az fikir verməlidir. Nə olsun ki, hicabda deyiləm, amma hicablılara hörmətim böyükdür. Bu gün mən idmanla məşğulam, ona görə də geyimim də, tərzim də başqadır.

- İdmançılarımızdan kimləri tanıyırsız? Avropa Oyunları daha çox nə ilə yadınızda qaldı?

- Çoxunu tanıyıram, oyunlar zamanı yadımda qalan bizimkilərin qalibiyyəti idi. Hər dəfə bayrağımız qalxanda, himnimiz səslənəndə elə bilirdim orda mən özüməm.

- Bəs niyə özünüzü təqdim etmirsiniz bizə?

- Əslində bodibildinq üzrə respublika çempionu olmuşam. İslam oyunlarına hazırlaşmaq istəyirəm, özümü indidən hazır hiss edirəm desəm yalan olmaz.

- Xanımsınız, amma davanız olmamış olmaz?

- Deməli, hardasa 1996-cı il idi, 4-5 qız mindik metroya. Qatarda 5-6 nəfər də oğlan var idi. Qızlar danışırdı, gülürdü, bunlar da bizə baxırdı, yavaş-yavaş hamı bir stansiyada düşdü, axıra mən qaldım.

Mən qatardan düşdüm, birdən arxadan bir nəfər qolumu tutdu, oğlanlardan biri məni çəkib “gedək” dedi. Mən də sakitcə dedim ki, qolumu buraxın, bu qulaq asmadı və mən də buna bir təpik vurdum. O bunu heç gözləmirdi, yanındakı oğlanlar da şokda idi. Qolundakı saat mənim qolumu cızıq-cızıq etmişdi, anam görəndə necə qorxmuşdusa mən evdən çıxanda həmişə deyirdi ki, dava eləmə, sakit ol. Yəni harda başımıza nə gələcəyini bilmirik.

- Bəzən özümüzü hansısa əşyaya, heyvana yaxın bilirik. Siz necə?

- Mən ilanı sevirəm, ilan müdrikdi, ağıllıdı. Sən ona nəsə etməsən, o sənə heç nə etməz.

- Xanıma hansı geyim daha çox yaraşır?

- Mən müxtəlif cür geyimdən istifadə edirəm, amma klassikanı daha çox sevirəm.

Aytən Sadıqova: Mən bozbaşımı da bişirirəm, idmanımı da edirəm
Aytən Sadıqova: Mən bozbaşımı da bişirirəm, idmanımı da edirəm
Aytən Sadıqova: Mən bozbaşımı da bişirirəm, idmanımı da edirəm
Aytən Sadıqova: Mən bozbaşımı da bişirirəm, idmanımı da edirəm
Aytən Sadıqova: Mən bozbaşımı da bişirirəm, idmanımı da edirəm

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *