Alidə Mustafayeva: “Düyməm qırıldı, pencəyimin düyməsini efirin sonuna qədər əlimlə tutmalı oldum” » AzNews.info -Xəbər portalı

Alidə Mustafayeva: “Düyməm qırıldı, pencəyimin düyməsini efirin sonuna qədər əlimlə tutmalı oldum” – FOTO

Alidə Mustafayeva: “Düyməm qırıldı, pencəyimin düyməsini efirin sonuna qədər əlimlə tutmalı oldum”

"Bizimkilər"in növbəti qonağı Alidə Mustafayevadır. Nəsə həmişə mənə elə gəlib ki, bu xanımı hamı sevir. Amma söhbət əsnasında razılaşmadı. Dedi, sevməyənlər də var. Bunu axır vaxtlar hiss etməyə başlayıb.

Nə isə... Məncə, bu qısa sual-cavab sizin də xoşunuza gələcək.

- Siz gözəl xanımsınız. Heç buna görə peşman olmusunuzmu?

- Yox, əksinə, mən gözəlliyi sevənəm.

- Bir xəbər aparıcısı kimi çalışdığınız sahəyə hansı töhfələri vermisiniz?

- Desəm ki, hansısa töhfəni vermişəm yekə çıxar. Amma mən xəbər aparıcılığına gələndə hamı özünü kiməsə oxşatmağa çalışırdı. Bəzi hərəkətlərdə, mimikada, jestlərdə və s. Mən xəbəri tam fərqli təqdim edirəm. Mənə elə gəlir ki, bu tərzim özüməməxsusdur. Yəni böyüklük çıxmasın, məncə, öz tərzimi yaratmışam.

- Yaş keçdikcə tanınmış və gözəl xanımın ailə qurmaması, yəni ki, tək qalması hansı çətinlikləri yaradır? Yoxsa belə yaxşıdı?

- Bu mənim seçimimdi əslində. Ona görə heç bir çətinlik yaratmır. Əksinə, belə yaxşıdı...

- Sizcə, bizim cəmiyyətdə tam mənada yaxşı insan olmaq mümkündürmü?

- Əlbəttə. Mən bir az ətrafdakıların fikirinə önəm verən insan deyiləm. Düzdür, hardasa onları da nəzərə almaq lazımdı. Mentalitet, ailə, qohum-əqraba, filan... Amma yaxşılıq belə bir şeydi ki, heç kim səni qınamaz. Yaxşı olmaq üçün insana nə mane ola bilər ki?

- Ən çox sevdiyiniz şeir hansıdır?

- Xuraman Vəfanın şeirlərini oxuyuram.

- Bizimlə bölüşə bilərsiniz?

- Yadımda qalmayıb.

- Demək olar ki, hamı sizi sevir və tərifləyir. Bunu nə ilə əlaqələndirirsiniz? Bu bəxtinizin sizə hədiyyəsidir, yoxsa necə?

- Hamısı sevmir. Sevənlər qədər sevməyənlər də var. Axır vaxtlar bunu hiss eləyirəm.

- Efir vaxtı başınıza hansısa qəribə hadisə gəlib?

- Bir dəfə düyməm qırılıb yerə düşdü. Pencəyimin düyməsini efirin sonuna qədər əlimlə tutmalı oldum. Bir dəfə də əlimdə qələmi elə bərk tutdum ki, qırıldı.

- Özünüzə ünvanladığınız, lakin uzun zamandır cavab tapa bilmədiyiniz sual var?

- Bütün sualların sonuna kimi gedib, cavabını tapıram.

- Sima olaraq tanınan şəxslərin əksəri yazılı mediadan narazılıq edir. Yazılı mediada çalışanlar da efir adamlarından şikayətçi olur. Sizcə, bu nə ilə bağlıdır?

- Bir saat oturub səndən müsahibə alır, axırda da adi bir sözünü böyüdüb, başlıq eləyir. Xəbəri görən hər kəs linkə daxil olmur axı. Buna görə də başlıq insan haqqında yanlış təssürat formalaşdırır. Açıb oxusalar, hər şeyin fərqli olduğunu görərlər. Buna görə də həmişə müsahibə verirəm, sonra da dava eləyirəm.

- Bizimlə də dava eliyəcəksiz?

- İnşallah, olmaz.

- Bir qadının çox tanınması səfanı çoxaldır, yoxsa cəfanı?

- Hər ikisini. Bunlar nisbi anlayışdı.

- Özünüzü fərqli biri sayırsınızmı?

- Fərqliyəm. Amma o mənada yox ki, məndən yoxdu.

- ATV-də çalışmağın üstünlükləri nədir və bu üstünlüyü qazanmış insanlara nə deyərdiz?

- Onlar çox xoşbəxt insanlardı. ATV bütün televiziyalar içində öz sözünü demiş, ən baxımlı kanaldı. Belə bir kanalda çalışmaq çox xoşdur mənə.

Mənbə: Atvxeber.az - Gül Məlikzadə
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *