PKK-nın önəmli şəxsi tutuldu
Axar.az xəbər verir ki, İzmirin Bornova vilayətində yola 2 ədəd səs bombası atdığı üçün saxlanılan 25 yaşlı S.G. adlı şəxsin PKK-nın məsul şəxsi olduğu üzə çıxıb.
Məlumata görə, o, bir müddət öncə PKK tərəfindən İzmirə göndərilib.
S.G.-nin Suriyanın Kobani vilayətində və Türkiyənin Hakkari, Cizrə, Nusaybin bölgələrində PKK sıralarında terror əməliyyatlarına qatıldığı bildirilib.
Mənbə:> Axar.az