Bakıda daha bir küçə təmirdən sonra » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Avto, Foto, Video

Bakıda daha bir küçə təmirdən sonra – VİDEO+FOTO

Bakıda daha bir küçə təmirdən sonra


Azərbaycan Prezidenti İlham Əliyevin təmirə ehtiyacı olan küçə və prospektlərin, avtomobil yollarının təmir edilərək yenidən vətəndaşların istifadəsinə verilməsi ilə bağlı tövsiyyə və tapşırıqlarına əsasən “Azəravtoyol” ASC tərəfindən Nəsimi rayonu Hüseynbala Əliyev küçəsində təmir-bərpa işləri aparılıb.

Bu barədə Oxu.Az-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Uzunluğu 650 metr, eni isə 14 metr olan küçə təmirdən sonra artıq tam yeni görkəmdə sürücülərin ixtiyarına verilib.

Sözügedən küçədə təmir-bərpa işləri çərçivəsində yol boyu köhnə səki daşları çıxarılaraq yenisi ilə əvəzlənib, zəruri olan yerlərdə mövcud səkilər bərpa olunaraq, asfaltlanıb. Ümumilikdə yol kənarlarına 1100 paqon-metr yeni səki daşı düzülüb.

Bundan başqa asfalt-beton örtüyünün üst qatı tamamilə qaşınaraq, ərazidən daşınıb. Bunun əvəzinə isə 10 min m2 sahəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.

Aparılan işlər zamanı yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənib, səth sularının kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi işlək vəziyyətə salınaraq yağış barmaqları yenisi ilə əvəzlənib.

Təmir-bərpa işləri tərtib olunmuş qrafikə uyğun qısa müddət ərzində aparılaraq yekunlaşdırılıb.



Bakıda daha bir küçə təmirdən sonra
Bakıda daha bir küçə təmirdən sonra
Bakıda daha bir küçə təmirdən sonra

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *