Instagram milyonlarla istifadəçisini “öldürdü” » AzNews.info -Xəbər portalı

Instagram milyonlarla istifadəçisini “öldürdü” – FOTO

Instagram milyonlarla istifadəçisini “öldürdü”


Instagram istifadəçiləri öz izləyicilərinin (followers) sayının kəskin azaldığını müşahidə ediblər.

Oxu.Az-ın xəbərinə görə, məlum olub ki, bu, sosial şəbəkə rəhbərliyi tərəfindən saxta istifadəçilərin mübarizəsi ilə bağlıdır.

Instagram istifadəçilərinə saylarının azaldılacağı barədə bildiriş göndərib. Buna cavab olaraq, istifadəçilər Instagram rəhbərliyinə qəzəbli şərhlərlə etiraz etməyə başlayıblar.

Daha bir maraqlı məqam ondan ibarətdir ki, ən çox izləyici itirən Instagram-ın öz rəsmi səhifəsi olub. “Böyük təmizləmə” daha çox məşhur şou-biznes nümayəndələrinə həm maddi, həm də mənəvi təsir edib. Məşhurlar öz profillərinə gizli reklam qoyaraq, izləyicilərinin sayından asılı olaraq pul alırdılar. Məsələn, tanınmış pop müğənnisi Justin Bieber 3,5 milyondan çox izləyicisini itirib.

Instagram bildirir ki, apardığı “böyük təmizləmə” istifadəçilərin paylaşdığı şəkillərə təsir etməyəcək. Silinən izləyicilər deaktiv olunub, onlar şəkillərə baxmağa və bəyənmə imkanına malik olmayıblar. Baş verən dəyişikliklər yalnız Instagram-ın sayğacında izləyicilərin sayını dəyişib.

Instagram milyonlarla istifadəçisini “öldürdü”

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *