Gənc sürücü Bakı küçələrində sürətə meydan oxudu » AzNews.info -Xəbər portalı

Gənc sürücü Bakı küçələrində sürətə meydan oxudu – VİDEO+FOTO

Gənc sürücü Bakı küçələrində sürətə meydan oxudu

Gülhüseyn Abdullayev Bakı Şəhər Halqasını sınaqdan keçirdi

AzNews.info xəbər verir ki, mayın 29-u, səhər saat 10:00-da Azərbaycanın istedadlı gənc Formula 3 pilotu və Avropa Qran Prisinin rəsmi elçisi Gülhüseyn Abdullayev GP3 seriya yarışlarına məxsus avtomobildə Bakı Şəhər Halqasını 4 dövrə vuraraq Formula 1-in ən yeni şəhər trekini ilk dəfə sınaqdan keçirdi.
Sınaq yürüşündən sonra Gülhüseyn Abdullayev Azadlıq meydanında yerləşən Pit binasının qarşısına toplaşan jurnalistlərin suallarını cavablandırdı. Formula 3 yarışlarında Azərbaycanı yüksək səviyyədə təmsil edən 19 yaşlı pilot Bakı Şəhər Halqası haqqında ilk təəssüratlarını media nümayəndələri ilə bölüşdü:

“Bakı Şəhər Halqası həm yavaş, həm də sürətli döngələrin kombinasiyasından ibarətdir. Ümumiyyətlə çox gözəl qurulub. Digər şəhər treklərindən fərqli olaraq genişliyi də yetəri qədərdir.
Qoşa Qala qapısı ətrafındakı 8-10-cu döngələr mənə çox maraqlı gəldi. İnanıram ki, orada yarış zamanı çox maraqlı məqamlar olacaq. Əslində həmin döngələrin olduğu hissə çox da asan deyil. Halhazırda trek boşdu deyə bir az asan idi, lakin öndə avtomobillər və ya yavaş sürücü olanda və yaxud da qəza şəraiti olanda oradan keçmək çətin olacaq.
Treki çox bəyəndim. İcazə versəydilər daha çox sürmək istəyərdim. Bütövlüklə Bakı Şəhər Halqası digər şəhər trekləri ilə müqayisədə onlardan heç də geridə qalmır. Hətta onların çoxundan daha yaxşıdır. İnanıram ki, bütün Formula 1 pilotları bu yarışı səbrsizliklə gözləyirlər və buradan razılıqla ayrılacaqlar.
Avropa Qran Prisində kimin qalib gələcəyini indidən demək hələ ki, çox çətindir. Çünki bütün pilotlar üçün bura yeni trekdir. Məhz buna görə də burada yarış maraqlı olacaq.
Bakıda sürmək tamamilə fərqli bir hissdir. Uşaqlığımdan arzum idi ki, Azərbaycanda trek olsun, şəhər treki və yaxud daimi trek, orada sürüm. Bu gün uşaqlıq arzum gerçəkləşdi. Ona görə də çox xoşbəxtəm.”

Qeyd edək ki, Azərbaycanı beynəlxalq yarışlarda qürurla təmsil edən gənc pilot Gülhüseyn Abdullayevin Bakı Şəhər Halqasındakı sürət performansını trek ətrafına toplaşmış yüzlərlə şəhər sakini böyük maraqla izlədi.

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *