Bakı sakini qəbiristanlıqda öldü
Bakıda qəbiristanlıqda ölüm hadisəsi baş verib.
Yasamal rayon Polis İdarəsindən Oxu.Az-a verilən məlumata görə, Bakı şəhər sakini Cəmaləddin Muxtarov rayonun A.Şərifzadə küçəsindəki qəbiristanlıqda yıxılaraq kəllə-beyin xəsarəti alıb. C.Muxtarov aldığı xəsarətdən ölüb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə:> Oxu.Az