“Formula-1” Avropa Qran Pri yarışları zamanı internet problemi olmayacaq » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

“Formula-1” Avropa Qran Pri yarışları zamanı internet problemi olmayacaq

“Formula-1” Avropa Qran Pri yarışları zamanı internet problemi olmayacaq

“Formula-1” Avropa Qran Pri yarışlarında daha keyfiyyətli xidmətlər göstərmək üçün çalışacağıq. Belə ki, lazımi məlumatların fasiləsiz ötürülməsi üçün dayanıqlı mobil rabitə sistemi qurulacaq, yüksəksürətli və davamlı internet xidmətləri təşkil ediləcək.

Söhbət yarışların telekommunikasiya xidmətləri ilə hansı səviyyədə təmin edilməsindən gedirsə, deməliyəm ki, bunun üçün yaradılan işçi qrupu bütün texniki imkanlardan yararlanaraq dayanıqlı sistem qurulması üçün çalışır.

Oxu.Az xəbər verir ki, bu sözləri rabitə və yüksək texnologiyaları naziri Ramin Quluzadə “The Business Year” jurnalına müsahibəsində bildirib.

“Eyni zamanda, oyunların dünyaya yayımı üçün bütün müasir resurslardan, o cümlədən “Azerspace-1” peykinin imkanlarından istifadə ediləcək. Yarışların yayımının yüksək keyfiyyət standartlarına uyğun aparılması üçün xüsusi radiotezliklər ayrılacaq.

İndi yeni medianın auditoriyası ənənəvi mediadan daha genişdir və onlayn izləməyə tələbat böyükdür. Bunu nəzərə alaraq, yarışların internet üzərindən də yüksək keyfiyyətli yayımı nəzərdə tutulur”, - deyə nazir əlavə edib.

R.Quluzadə həmçinin telekommunikasiya xidmətlərinin keyfiyyətindən çoxsaylı yarış iştirakçıları, təşkilatçılar və turistlərin məmnun qalacağına inandığını bildirib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *