Amerikalı paylaşdığı foto ilə Facebook istifadəçilərini çıxılmaz vəziyyətdə qoydu » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı, Dünya

Amerikalı paylaşdığı foto ilə Facebook istifadəçilərini çıxılmaz vəziyyətdə qoydu - FOTO

Amerikalı paylaşdığı foto ilə Facebook istifadəçilərini çıxılmaz vəziyyətdə qoydu

Facebook istifadəçiləri Amerikanın Cənubi Karolina ştatından olan Antli Steytenin qoyduğu məsələni çox çətinliklə həll ediblər.

Oxu.Az xəbər verir ki, tapmacanın olduğu paylaşımı o, öz səhifəsində yerləşdirib.

Kişi əlində iki kart tutduğu şəkil yerləşdirib. Birincidə tapşırıq yazılıb: “Səhvi tapdıqdan sonra paylaş”.

İkincidə isə doqquz rəqəmin yerləşdiyi cədvəl çəkib.

Sən demə, açmanı rəqəmlər olan cədvəldə deyil, mətnin yazıldığı kartda axtarmaq lazım imiş. Kişi bilərəkdən “səhv” sözünü yanlış – “mistake” əvəzinə, “mitsake” yazıb.

Mayın 18-də paylaşılan bu şəkili 400 min nəfər yenidən paylaşıb. Bundan başqa, paylaşım təxminən 60 min dəfə bəyənilib. Bir çox istifadəçilər tapmacanın açmasını tapmaq üçün bir qədər zaman sərf etdiklərini bildiriblər.

Bir çoxları səhvi cədvəldə axtardıqlarını deyiblər, amma bəziləri nəyin səhv olduğunu başa düşmək üçün kişinin geyiminə və fona diqqətlə baxdıqlarını etiraf ediblər.
Amerikalı paylaşdığı foto ilə Facebook istifadəçilərini çıxılmaz vəziyyətdə qoydu

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *