Təhsili yarımçıq qalan nişanlı qız özünü öldürdü » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal

Təhsili yarımçıq qalan nişanlı qız özünü öldürdü – TƏFƏRRÜAT

Təhsili yarımçıq qalan nişanlı qız özünü öldürdü


Cəlilabad rayonunun Moranlı kəndində 17 yaşlı qızın intihar etməsi hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

AzNews.info xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, kənd sakini, 1999-cu il təvəllüdlü Hüseynova Kifayət Əlfəddin qızı 9-cu sinifi bitirdikdən sonra təhsilini davam etdirməyib.

Kənd məktəbi 9 illik olduğundan və ən yaxınlıqdakı tam orta məktəb 4-5 kilometr məsafədə yerləşdiyindən K.Hüseynova təhsilini yarımçıq saxlayıb.

K.Hüseynova bir müddət əvvəl Bakıda yaşayan uzaq qohumuna nişanlanıbmış.

İntihar hadisəsinin hansı şəraitdə baş verməsinə gəlincə, bu gün səhər saatlarında 17 yaşlı qızın atası həyətə düşüb və talvarın altında nəyinsə asılı vəziyyətdə qaldığını görüb.

Nə baş verdiyini anlamayan kişi yaxınlaşdıqda qızının asılı vəziyyətdə qalmış meyitini görüb və şoka düşüb.

O, tez qızını yuxarı qaldırıb onu xilas etməyə çalışsa da, artıq gec olub.

Yaxınları K.Hüseynovanın hər hansı probleminin olmadığını bildiriblər.

Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.

Mənbə: Lent.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *