Azərbaycanlı Sankt-Peterburqda 6 yaşlı oğlanı xilas etdi
Sankt-Peterburqda azərbaycanlı doğma anası tərəfindən evdən qovulan 6 yaşlı oğlana sığınacaq verib.
Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, 17-ci polis bölməsinə yerli sakin müraciət edib və mənzilində qonşunun 6 yaşlı oğlu, Dimanın yaşadığını deyib.
“Deməzdim ki, onun mənzilimdə yaşamağını çox istəyirəm, sadəcə uşağa yazığım gəlir. Onun anası Qalya uşağı evdən qovub”, - Elbrus bildirib.
Hadisə yerinə gələn polislər, tibbi briqada çağırıblar. Belə ki, Dimanı anasının evində yaşayan it dişləmişdi. Qonşuların sözlərinə görə, uşağın yaşadığı mənzildə antisanitariya baş alıb gedir.
Hazrda Dima ilə sosial orqanlar məşğul olur. Polis gələn zaman anasının məzilinin qapısını heç kim açmayıb.
Mənbə:> Oxu.Az