Anası tərəfindən danlanan yeniyetmə evdən qaçdı » AzNews.info -Xəbər portalı

Anası tərəfindən danlanan yeniyetmə evdən qaçdı – FOTO

Anası tərəfindən danlanan yeniyetmə evdən qaçdı


Bakıda 15 yaşlı yeniyetmə itkin düşüb. O, evdən qaçaraq bir daha geri qayıtmayıb.

AzNews.info xəbər verir ki, ailə üzvlərinin ANS PRESS-ə verdiyi məlumata görə, paytaxtın Sabunçu rayonu Betim Saratov küçəsi mənzil 48-də yaşayan 2001-ci il təvvəlüdlü İsa Ələkbər oğlu Tağıyev noyabr ayının 5-də, günorta saat 14 radələrində yaşadığı evin divarından tullanaraq qaçıb və bir daha geri qayıtmayıb. Onun evdən qaçmasına səbəb anasının yeniyetmənin siqaret çəkdiyini bilərək onu danlaması olub. Bunu qəbul etməyən İsa Tağıyev isə belə bir addım atıb.

Yeniyetmə evdən çıxarkən əynində göy rəngdə gödəkçə, cins şalvar, ayağında qara ayaqqabı olub.

Evdən qaçdıqdan iki gün sonra onu Nərimanov rayonu ərazisindəki dönər satışı ilə məşğul olan kafelərdən birinin işçisi görüb.

İsa Tağıyevin yoxa çıxması ilə bağlı Sabunçu rayon Polis İdarəsinə məlumat verilib.

Yeniyetməni görənlərdən Sabunçu rayon Polis İdarəsinə yaxud da 070- 592- 81-62 mobil nömrəsinə zəng vurmaları xahiş edilir.

Anası tərəfindən danlanan yeniyetmə evdən qaçdı

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *