Güneydə azərbaycanlı fəal həbs olundu
Azərbaycanlı milli fəal Süheylə Kargər mayın 16-da Qəzvin şəhərində həbs olunub.
Axar.az Oğuz TV-yə istinadən xəbər verir ki, məlumata görə, bazar ertəsi günü səhər saat 10 radələrində Süheylə xanım Qəzvində öz evində ETTELAAT qüvvələri tərəfindən həbs olunub və naməlum istiqamətə aparılıb.
ETTELAAT qüvvələri xanımın evinə hücum edərək onu ailəsinin gözü qarşısında döyüb və bütün özəl əşyalarını o cümlədən kitabları, bilgisayar, USB flash, CD-lər və əlyazmalarını da özləri ilə aparıblar.
Mənbə:> Axar.az