Sumqayıtda qanunsuz “qumarxanalar” aşkarlandı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal

Sumqayıtda qanunsuz “qumarxanalar” aşkarlandı

Sumqayıtda qanunsuz “qumarxanalar” aşkarlandı


Vergilər Nazirliyi tərəfindən Sumqayıt şəhərində idman-mərc oyunlarının təşkili ilə məşğul olan fiziki şəxslərə məxsus obyektlərdə operativ vergi nəzarəti tədbirləri keçirilib.

Nazirliyin Analitik-informasiya şöbəsindən Oxu.Az-a verilən məlumata görə, tədbirlər zamanı bir sıra obyektlərdə qanunsuz idman-mərc oyunları və lotereyaların təşkil edildiyi aşkar olunub.

Fiziki şəxs Cahangirli Xəqani Qismət oğluna məxsus obyektdə vergi ödəyicisi tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 1 nəfərlə əmək müqaviləsinin bağlanılmadığı, nağd pul hesablaşması qaydalarının pozulduğu, qanunla müəyyən edilmiş qaydada akkreditasiya olunmadan idman-mərc oyunlarının təşkili və keçirilməsi faktları müəyyən olunub.

Vergi orqanları əməkdaşları tərəfindən qanunsuz idman-mərc oyunlarının keçirilməsi üçün istifadə olunan əşyalar və sənədlər götürülərək müvafiq qaydada “İnzibati xəta haqqında” protokol tərtib edilib.

Fiziki şəxs Mirzəyev Ramil Vaqif oğluna məxsus obyektdə vergi orqanında qeydiyyatdan keçməyən fiziki şəxs Cabbarov Rövşən Cabbar oğlunun fəaliyyət göstərdiyi müəyyən edilib. R. Cabbarov barəsində “Vergi Məcəlləsinin 33.4-cü və ya 34.3-cü maddələrində göstərilən müddətdə müvafiq ərizənin və ya məlumatın verilməməsinin aşkar edilməsi barədə” akt tərtib olunub.

Operativ vergi nəzarəti tədbiri zamanı Ramil Mirzəyevin Sumqayıt şəhərində yerləşən digər obyektində də qanunsuz mərc oyunlarının keçirildiyi müəyyənləşdirilib. Həmin obyektdə 3 nəfərlə əmək müqaviləsinin bağlanılmadığı, nəzarət-kassa aparatının tətbiq olunmadığı, akkreditasiyasız idman mərc oyunlarının keçirilməsi faktları öz təsdiqini tapıb.

Operativ vergi nəzarəti tədbirləri zamanı fiziki şəxslər Əliyev Rəşad Çingiz oğluna, Bəşirov Ramiz Ağadadaş oğluna, Rəsulov Rəşad Hafiz oğluna məxsus obyektlərdə 3 nəfərlə əmək müqaviləsinin bağlanılmadığı, nəzarət-kassa aparatının tətbiq olunmadığı, nağd pul hesablaşması qaydalarının pozulduğu və akkreditasiya olunmadan idman mərc oyunlarının təşkili və keçirilməsi faktları aşkar edilib.

Qanunsuz idman-mərc oyunlarının keçirilməsi üçün istifadə olunan əşyalar və sənədlər obyektdən götürülərək, müvafiq aktlar və “İnzibati xəta haqqında” protokol tərtib edilib.

Operativ vergi nəzarəti tədbirlərinin nəticələri üzrə tərtib edilmiş sənədlər qanunamüvafiq tədbirlər görülməsi üçün aidiyyəti üzrə Sumqayıt şəhər məhkəməsinə göndərilib.

Vergilər Nazirliyi bir daha xəbərdarlıq edir ki, qanunsuz idman-mərc oyunları, habelə lotereyaların təşkili və keçirilməsi ilə məşğul olan şəxslərə qarşı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər davam etdiriləcək.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *