Azərbaycanlı və erməni idmançılar arasında davanın TƏFƏRRÜATLARI » AzNews.info -Xəbər portalı

Azərbaycanlı və erməni idmançılar arasında davanın TƏFƏRRÜATLARI – VİDEO

Azərbaycanlı və erməni idmançılar arasında davanın TƏFƏRRÜATLARI


Ukraynada keçirilən kunq-fu və uşu üzrə Avropa çempionatında erməni yığma komandası ilə milli komandamızın idmançıları arasında kütləvi dava baş verib.

AzNews.info Sputnik.az-a istinadən xəbər verir ki, azərbaycanlı döyüşçü Ellər Orucovun döyüşü zamanı erməni idmançısı hakimin komandasına məhəl qoymayaraq, öncə idmançımıza arxadan zərbə endirib, sonra rinqin küncünə tərəf gedərək sekundantlara erməni dilində yüksək tonla nəsə deyib.

Bu zaman idmançılarımız erməniyə yumruqla cavab veriblər. Beləliklə kütləvi dava baş verib. Erməni mətbuatı hadisənin azərbaycanlı idmançıların günahı ucbatından baş verdiyini yazsa da, kunq-fu Federasiyasının baş məşqçisi Ramil Allahverdiyev Sputnik-ə açıqlamasında hadisənin əslində hansı şəraitdə baş verdiyinə aydınlıq gətirib.

Baş məşqçi öncə 12 yaşlı uşağın döyülməsi ilə bağlı iddiaya toxunub: “Ermənilər yalan danışırlar. 12 yaşlı uşaq ukraynalıdır. Biz erməniləri döyən zaman erməni idmançısı qaçmağa başladı və nəticədə uşağı tapdaladı. İndi isə bu hadisəni bizim üstümüzə atmağa cəhd edirlər”.



R. Allahverdiyev ermənilərlə baş verən davanın başlama səbəbini isə belə izah edib:

“60 kiloqram çəkidə Orxan Mehdiyevin döyüşü olub. Orxanı bilərəkdən uduzdurublar. Bu zaman baş məşqçi olaraq gedib haqqımızı tələb etdim və bir ölkənin iki bayrağı olmadığını söylədim. Qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayraqlarını yığışdırmalarını tələb etdim”.

“4 saat yarışı saxlatdıqdan sonra, nəticədə 12:9 hesabı bərpa olunaraq Orxana qələbə verildi. Bir neçə saatdan sonra Ellər Orucov erməni idmançısı ilə görüşə çıxdı. Bu zaman yenə də qondarma “bayraq” çiyinlərində gəldikləri zaman idmançılarımız etiraz etdilər”, — deyə baş məşqçi bildirib.

Öncə hakimin komandasına məhəl qoymayan erməni idmançı Ellər Orucovun kürəyinə zərbə endirib, daha sonra erməni dilində danışaraq küncdə oturan komanda üzvlərimizin üzərinə yürüyüb (bax: aşağıdakı videonun 26-cı saniyəsi — red). Bu zaman kütləvi dava başılayıb.

“Hadisə ilə bağlı yayılan videoda çox şey düşməyib. Əslində isə 25 dəqiqədən çox dava oldu. Hər iki tərəfdən qabırğası sınan, beynindən travma alanlar var. Xəstəxanada müalicə alırlar. Onlar bizimlə dava etməyiblər. Ermənilər qaçırdı, biz də onları qovurduq və tutub döyürdük. 4 erməni bayrağını cırmışıq”, — kunq-fu ustası vurğulayıb.

Maraqlısı odur ki, erməni mediası “azərbaycanlı idmançıların ermənilərdən üzr istədiyini" iddia edib. R. Allahverdiyev isə bu iddianın tamamilə yalan olduğunu qeyd edib:

“Hava limanında erməni idmançıları yaxınlaşıb dedilər ki, “hər şeyi unudaq, telefonumuz itib, bəlkə kömək edəsiniz”.



Biz onlardan bizdən uzaq olmalarını tələb etdik, hiss edirdik ki, təxribatdır. Sonra hər komanda Kiyevin hava limanında öz yoluna davam etdi. Biz heç vaxt ermənilərdən üzr istəmərik”.

İdmançılarımızın yarışdan uzaqlaşdırılması xəbərini təsdiqləyən baş məşqçinin dediyinə görə, baş verən hadisə ilə əlaqədar, 5 idmançımız finalda olmalarına baxmayaraq, Avropa çempionatını yarımçıq tərk etməli olub:

“Ermənilərə dərs verməyimiz və qondarma “bayraq”larını məhv etməyimiz bizim üçün qələbəyə bərabər hissdir”.

Mənbə: Sputnik.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *