Misirdə yer titrədi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Misirdə yer titrədi

Misirdə yer titrədi



Misirdə zəlzələ baş verib. Dağıntı və xəsarət alanların olmadığı deyilir.
ANS PRESS-in rus mətbuatına istinadən verdiyi məlumata istinadən, təbii fəlakət Qırmızı dənizin Aqaba körfəzində baş verib. Hiposentrə ən yaxın olan Dəhəb kurort şəhəri yaxınlığında 5,0 bal gücündə təkanlar hiss edilib.

5 bal gücündəki zəlzələ yerli vaxtla saat 03:45-də qeydə alınıb. Yeraltı təkanların episentri Dəhəbdən 25 km şimal-şərqdə, ocağı isə 10 km dərinlikdə yerləşib. Seysmoloqlar sunami təhlükəsinin olmadığını bildiriblər.

Oxşar hadisə bir neçə gün əvvəl baş verib. Dağıstan və Çeçenistan sərhədində 4,9 bal gücündə zəlzələ olub. Təkanlar paytaxt Mahaçqala və qonşu şəhərlərdə hiss edilib.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Dağıstan bölməsindən bildirilən məlumata əsasən zəlzələ qonşu ölkələrin Botlix və Veden rayonları ərazisində baş verib. Zəlzələnin episentri yer səthindən 61 kilometr dərinlikdə olub. Təbii fəlakət nəticəsində təlafat, yaxud dağıntı faktları qeydə alınmayıb.

Azərbaycan da Dağıstan və Misir ilə eyni tektonik qurşaqda yerləşdiyindən seysmoloji aktivlik araşdırılır. Bu haqda məlumatlar mütəmadi paylaşılacaq.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *