Rusiyada meşə yanğınları getdikcə artır
Həftə sonu ərzində Zabaykalye ərazisində davam edən meşə yanğınları 13.8 min hektara qədər əraziyə yayılıb. ANS PRESS-in "Tass" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, fövqəladə vəziyyət elan olunandan bəri 34,1 min hektar ərazidə 233-dən çox yanğın faktı qeydə alınıb.
Dövlət xidmətinin bildirdiyinə görə, istirahət günləri ərzində yanğınlar daha 4 min hektar əraziyə yayılaraq 13.8 min hektara çatıb.
Meşə yanğınları Zabaykalyenin altı qonşu rayonunda tüğyan edir. Təbii fəlakətin qarşısını almaqdan ötrü Rusiya Fövqəldaə Nazirliyinin xüsusi uçuş texnikaları işə cəlb olunub. BE 200ÇS amfibiya təyyarəsi, iki Mİ8 helikopteri və İL-76 təyyarəsi alovla mübarizə aparır.
Öncədən bildirilib ki, Zabaykalyedə isti, quraq və küləkli hava səbəbindən fövqəladə vəziyyət elan olunacaq. Dövlət rəsmilərinin bildirdiynə görə, yanğınların qarşısını almaq üçün lazımı tədbirlər görülür.
Oxşar meşə yanğınları bir neçə gün əvvəl Kanadanı cənginə alıb. Güclü meşə yanğınlarının tuğyan etdiyi Fort Mak-Mürrey şəhərinə aparan bütün yollar bağlanıb. 60 metr hündürlüyü olan alovun yeganə açıq olan şoseyə yaxınlaşmasından sonra baş verib.
Polisin müşahidəsi ilə 1500 minik avtomobili ötən gün səhər saatlarında cənub istiqamətində şəhərin çıxışına dair hərəkət etməli idi, lakin alovun yaxınlaşması təhlükəsi səbəbindən bu baş verməyib və yerli hakimiyyət insanların təxliyyəsini hava ilə davam etdirməyə qərar verib.
Fort Mak-Mürreyin əhalisinin böyük hissəsi - 88 min insan mayın 3 və 4 təxliyyə olunub. Mayın 6-sı daha 5 min insan şəhərdən çıxarılıb. 4 gün ərzində xilasedicilər Edmont və Fort Mak-Mürrey şəhərləri arasında insanları xilas etmək üçün 300 uçuş həyata keçiriblər.
Kanadanın ərazisində baş vermiş yanğınlar neftin qiymətinə təsirsiz ötüşməyib. Halhazırda analitiklər Zabaykalye meşə yanğınlarının iqtisadiyyata hansı təsiri göstərəcəyi haqda araşdırmalara davam edir.
Mənbə:> ANSPRESS