Azərbaycanda mənzillərin qiyməti ucuzlaşır
Azərbaycan daşınmaz əmlak bazarında qiymətlər apreldə martla müqayisədə biraz azalıb. Manatla qiymətlər 3.59 faiz, ABŞ dolları üzrə isə 0,52 faiz azalma müşahidə olunur.
Oxu.Az xəbər verir ki, bunu Trend-ə “MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.
Onun sözlərinə görə, yeni mənzillərin manatla qiyməti orta hesabla 2.24 faiz azalıb [dollarla 1.02 faiz artım] . Təkrar mənzil bazarında manatla qiymətlər 1,57 fazi düşüb [dollarla 1,71 faiz artım].
Fevral ayı ilə müqayisədə martda kommersiya obyektləri bazarında manatla qiymətlər 8.55 faiz düşüb, dollarla isə - 6.23 faiz enib.
Mənbə:> Oxu.Az