Argentina səfiri Milli Kitabxanada » AzNews.info -Xəbər portalı

Argentina səfiri Milli Kitabxanada – FOTO

Argentina səfiri Milli Kitabxanada


Qonaqları Azərbaycan Milli Kitabxanasının direktoru prof. Kərim Tahirov qəbul etmişdir. K.Tahirov kitabxana haqqında qısa məlumat verdikdən sonra ötən il Argentina Milli Kitabxanasının direktorunu IV Bakı beynəlxalq kitab sərgisinə dəvət etdiyini, müəyyən səbəblərdən cənab direktorun Bakıya gələ bilməməsini və milli kitabxanalar arasında razılaşdırılmış ikitərəfli qarşılıqlı əməkdaşlıq barədə Memorandumun imzalanma mərasiminin təxirə salındığını bildirdi.

AzNews.info xəbər verir ki, cənab səfir bu görüşün əlaqələrin qurulacağına təkan verəcəyini söylədi. O, Tərcümə Mərkəzi ilə birgə Argentina yazıçılarının əsərlərinin Azərbaycan dilinə tərcümə olunaraq çap olunduğunu dedi və həmin kitabın təqdimatının Milli Kitabxanada keçirilməsini təklif etdi. Bu tədbirin əlaqələrin qurulmasının ilkin addımı olacağını vurğuladı. Təqdimatın Milli Kitabxanada keçirilməsini K.Tahirov məmnuniyyətlə qəbul etdi.

Qonaqlara Azərbaycan Milli Kitabxanası “Fotoalbom” (Azərbaycan, ingilis və rus dillərində), Azərbaycanın mədəniyyət obyektlərini özündə əks etdirən xəritə və Azərbaycan ədəbiyyatı kitabları təqdim edildi.

Argentina səfiri Milli Kitabxanada

Argentina səfiri Milli Kitabxanada

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *