Gəncə İstintaq təcridxanasının rəisi və bir neçə əməkdaşı işdən çıxarıldı
Ədliyyə Nazirliyi Penitensiar Xidmətdə kadr dəyişikliyi baş verib.
AzNews.info-nun APA-ya istinadən verdiyi məlumata görə, Gəncə İstintaq təcridxanasının rəisi Şakir Bayramov xidmətdə verdiyi nöqsanlara görə vəzifəsindən azad olunub.
Aparılan yoxlamalar zamanı təcridxananın bir neçə əməkdaşının da işində nöqsanlar aşkar edilib və onlar da vəzifələrindən azad olunublar.
Mənbə:> APA