İranda “Dədə Şəmşir “ festivalı keçiriləcək » AzNews.info -Xəbər portalı

İranda “Dədə Şəmşir “ festivalı keçiriləcək

İranda “Dədə Şəmşir “ festivalı keçiriləcək


İran Aşıqlar Birliyinin yaradıcısı və rəhbəri aşıq Səlcuq Şəhbazinin verdiyi məlumata görə, may ayının 24-də İranın paytaxtı Tehran şəhərinin “Bəharan” mədəniyyət musiqi salonunda Dədə Şəmşirin adına beynəlxalq Aşıq musiqisi festivalı keçiriləcək. AzNews.info xəbər verir ki, bu tədbirə İranın bütün bölgələrindən aşıqlar qurupu dəvət olunublar. Bu festivalda qardaş Türkiyədən, Azərbaycandan, Gürcüstandan aşıqlar çıxış edəcək ki, şeirlər əsasən Dədə Şəmşirdən olacaq. Aşıq Səlcuq Şəhbazi onu da bildirdi ki, bu festivala hazırlıq 3 aydan çox vaxt aparıb. İran Aşıqlar Birliyinin sədri Aşıq Şəhbazinin verdiyi məlumatda göstərilir ki, festivalda 6 ustad aşıq “Dədə Şəmşir” diplomu ilə təltif ediləcək. Festivala dövlət adamları, nazirlər, nazir müavinləri, millət vəkilləri, şəhər rəsmiləri və İrandakı səfirlər də dəvət olunublar.

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *