Paytaxt parklarının qazonları: Baxmaq olar, gəzmək yox? » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı, Foto

Paytaxt parklarının qazonları: Baxmaq olar, gəzmək yox? – FOTO

Paytaxt parklarının qazonları: Baxmaq olar, gəzmək yox?


Son illər Azərbaycanda əhalinin istirahəti üçün yeni parklar, yaşıllıqlar salınır, köhnə parklar isə müasirləşdirilir. Artıq Azərbaycanda elə bölgə yoxdur ki, belə parkları olmasın.

Ancaq İcra hakimiyyətləri insanların parklardan, parklardakı çəmənliklərdən istifadəsinə müəyyən əngəllər yaradır. Dünyanın hər bir yerində insanlar, hətta çəmənliklərdə pikniklər belə, keçirə bilirlər. Bizdə isə parklarda çəmənliklərə Adəm oğlunun ayağının dəyməsi yasaq edilib.

Maraqlıdır, İcra hakimiyyətlərinin bu qadağası hansı məqsəd daşıyır?

AzNews.info xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin rəisi Vaqif Novruzov modern.az saytına birmənalı şəkildə deyib ki, çəmənliklərdə oturmaq və onu tapdalamaq olmaz:

“Qazon hər yerdə qorunur, qulluq tələb edir. İnsanlar paltarlarını onun üstündə sərib otururlar, bu isə onun saralmasına və qurumasına səbəb olur.

Qazonun özünün xüsusi qulluq texnikası var. Sonradan yaradılmış çəmənliklərdə insanlar oturduqda, o sahə taptalandıqda əzilir, saralır və quruyur.

Bəzən insanlar itlərini çəmənliklərdə gəzdirirlər, o itlər də ayaqları ilə çəmənliyi qazır, yararsız hala salır.

Parklarda, bağlarda yaradılmış gözəllik insanlar üçündür. İnsanlar bunları qorumalıdır. Bu sahədə maarifləndirmə işləri görülməlidir”.

Belə çıxır ki, ayrı-ayrı ölkələrdəki çəmənliklərlə bizdəki çəmənlikər arasında ciddi fərq var. Yəni bizdə çəmənliyə adam ayağı dəydisə, otlar saralır, məhv olur. Xaricdə isə belə deyil.

Bakı

Paytaxt parklarının qazonları: Baxmaq olar, gəzmək yox?
Paytaxt parklarının qazonları: Baxmaq olar, gəzmək yox?


Xarici ölkə

Paytaxt parklarının qazonları: Baxmaq olar, gəzmək yox?
Paytaxt parklarının qazonları: Baxmaq olar, gəzmək yox?

Mənbə: Modern.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *