Bakının Nizami rayonu susuz qalacaq

Bu gün Bakının Nizami rayonunda suyun verilişində məhdudiyyət yaranıb.
Bu barədə “Azərsu” ASC-dən Oxu.Az-a bildirilib.
“Nizami rayonu ərazisində magistral su kəmərində təmir işlərinin aparılması ilə əlaqədar mayın 7-də Nizami rayonunun bir hissəsinə içməli suyun verilməsi dayandırılıb”, - deyə qurumun açıqlamasında qeyd edilib.
“Azərsu” yaranmış narahatlıqla əlaqədar abonentlərindən üzr istəyir.
Mənbə:> Oxu.Az - Ülviyyə R. Əli


