Amerikada ölüləri dirildəcəklər
Ölmüş insanların yenidən dünyaya qaytarılması uzun əsrlər boyu alimləri düşündürsə də Amerika Birləşmiş Ştatlarında (ABŞ) şirkətlərdən biri bu istiqamətdə konkret addım atmağa hazırlaşır. ANS PRESS-in məlumatına görə, ABŞ-da “Bioquark” şirkəti 20 nəfər üzərində belə bir təcrübə aparmaq üçün artıq rəsmilərdən izn də alıblar.
Təcrübə vaxtı alimlər təcrübədə istifadə olunan şəxslərin mərkəzi sinir sistemlərini həyata qaytaracaqlar. Təcrübə vaxtı xəstələrin beyin funksiyalarının yenidən hərəkət etməsi üçün tərkibində kök hüceyrələr olan inyeksiya və kimyəvi infuziyaların (maye) da olduğu bir çox metoddan istifadə olunacaq.
Alimlər təcrübələr vaxtı istifadə ediləcək kök hüceyrələrin insanın beynindəki keçmişə aid məlumatları silə biləcəyini və toxumalarda olan məlumatların təməlində yeni bir həyat başlaya biləcəyini hesab edirlər.
“Bioquark” şirkətinin rəhbəri İra Pastor bu təcrübədə bir neçə həftə ərzində müsbət nəticələr əldə etməyi ümid etdiklərini bildirib.
Mənbə:> ANSPRESS