Gəncədə çayxanada qumbara partladı, iki nəfər öldü
Ötən gecə Gəncənin Abbas Səhhət adlanan yaşayış massivində yerləşən çay evində mübahisə edən 4 nəfərdən biri əlində olan qumbaranı partladıb.
AzNews.info Kəpəz TV-yə istinadən xəbər verir ki, nəticədə iki nəfər ölüb, iki nəfər isə xəstəxanaya yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, hər iki yaralının vəziyyəti kafidir. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
***
Yaralıların sayı artıb. 22 yaşlı Orxan Mirzəyev, 18 yaşlı Nəriman Əhmədov və 41 yaşlı Sadiq Əhmədov Abbas Səhhət adına şəhər Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.
***
Partlayışda həyatını itirən şəxslərin kimliyi də açıqlanıb. Onlar 44 yaşlı Məhərrəm Əhmədov və Taleh Əhmədovdur.
Qeyd edək ki, Gəncədə çay evində partlayış zamanı ölən və yaralananlar bir-biriləri ilə qohum şəxslərdir.
Mənbə:> Kəpəz TV / Qafqazinfo