Hacı Məmmədovun səhhəti ilə bağlı AÇIQLAMA » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Səhiyyə

Hacı Məmmədovun səhhəti ilə bağlı AÇIQLAMA

Hacı Məmmədovun səhhəti ilə bağlı AÇIQLAMA


Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə köçürülən Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili, ağır qətllər və adam oğurluğunda ittiham edilən, hazırda ömürlük həbsdə olan Hacı Məmmədov bir neçə xəstəlikdən müalicə alır.

AzNews.info xəbər verir ki, bu barədə “Report”a vəkil Afət Qazıyeva məlumat verib.

“Lakin Hacı Məmmədovun hansı xəstəliklərdən müalicə aldığını açıqlamaq istəmirəm”, - vəkil bildirib.

Xatırladaq ki, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) İstintaq Təcridxanasında saxlanılan H.Məmmədov səhhətində yaranan problemlə bağlı Penitensiar Xidmətin Binə qəsəbəsindəki İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə köçürülüb. Hazırda H.Məmmədov orada həkim nəzarətində saxlanılır.

Qeyd edək ki, DİN-in sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov və daha 26 nəfər 2005-ci il martın 9-dan 10-na keçən gecə keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həyata keçirdiyi “Qara kəmər” əməliyyatı zamanı tutulub.

2007-ci il yanvarın 19-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə H.Məmmədov və daha 26 nəfərə hökm oxunub. Onlardan H.Məmmədov və Z.Nəsirova ömürlük həbs cəzası verilib.

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *