“Azərsu”nun sədr müavini qəzaya düşdü - Direktor müavini və sürücü öldü – YENİLƏNİB
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədrinin birinci müavini Teyyub Cabbarov qəzaya düşüb.
"Qafqazinfo"ya daxil olan məlumata görə, hadisə bu gün saat 16:00 radələrində "Stansiya Sumqayıt" adlanan ərazidə qeydə alınıb. Belə ki, Teyyub Cabbarov xidməti maşınında tək olmayıb, sürücüsü ilə yanaşı qurumun “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutunun elmi işlər üzrə direktor müavini Adışirin Ələkbərov da avtomobildə olub.
Teyyub Cabbarovun olduğu "Toyota-avalon" markalı maşın "Qaz-31"lə toqquşub.
Qəzada iki nəfər həlak olub, 3 nəfər isə ağır yaralanıb. Teyyub Cabbarovun vəziyyətinin ağır olduğu, hətta komaya düşdüyü bildirilir.
***
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətin rəhbəri Anar Cəbrayıllı “Qafqazinfo”ya açıqlamsında sədr müavinin qəzaya düşdüyünü təsdiqləyib: "Teyyub Cabbarov qəzada yüngül xəsarət alıb. Hazırda evdədir, özünü yaxşı hiss edir".
A. Cəbrayıllı qeyd edib ki, qəzada həlak olanlardan iki nəfərdən biri Teyyub Cabbarovun sürücüsü, digəri isə “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutunun elmi işlər üzrə direktor müavini Adışirin Ələkbərovdur.
***
Hadisə şahidləri “Qafqazinfo”ya dəhşətli qəzadan fotolar göndərib. Həmin fotoları təqdim edirik:
Mənbə:> Qafqazinfo.az