Corc Qafarov: "Hər bir qadın şahzadə olmağa layiqdir"
AzNews.info 11 yaşında milli kinomuzda Yavər Rzayevin çəkdiyi "İlahi məxluq"la debüt edən, Kann-dan tutmuş Braziliya film festivallarına qədər uğurlu yol keçən gənc, istedadlı və yaraşıqlı aktyorumuz Corc Qafarovun foxy.az-a müsahibəsini təqdim edir:
-Foxy xanımlarına özünü təqdim edərdin..
Aktyor Corc Qafarov
- Corcun qadınlarla arası necədir?
Kişilərdən çox qadınlarla dostluq edirəm.
- Corca görə mükəmməl qadın…
Mükəmməl qadın – ağıllı, savadlı olmalıdır. “Kişilər üçün görünüş önəmli deyil” fikri əslində yalnışdır. Mənim üçün görünüş də önəmlidir. (gülür)
- Gözəl yoxsa ağıllı qadın?
Həm gözəl, həm ağıllı…
- Bir qadında Corcu həyəcanlandıran xüsusiyyətlər?
(Düşünür) Onunla sevgi macərası yaşasam onda məni həyəcanlandıra bilər.
- Bəs qadınlarda səni qəzəbləndirən nədir?
Heç nə…
- Ukraynalı sarışın, yoxsa azərbaycanlı əsmər?
Hər ikisi… Sarışınları da bəyənirəm…
- Onu bağışlamaq olarmı?
Kimi? (gülür) Təbii ki, olar.
- Bir xanımdan aldığın ən bahalı hədiyyə?
Çox olub… Qiymət baxımından ətir, dəyər baxımından isə məktub…
- Bəs Corcun qadına aldığı ən bahalı hədiyyə?
Gül buketi
- Corc münasibətdən nə gözləyir?
Dəyər, sevgi
- Corca görə seks münasibətdə neçənci yerdədir?
Üçüncü yerdə ola bilər. (gülür)
- Qadınları kəşf etmək üçün neçə qadınla münasibət kifayət edər?
Ümumiyyətlə, qadınla münasibətdə olanda qadını kəşf edə bilmirsən. Ancaq məncə daha çox qadınla dostluq etməlisən.
- Zərif yoxsa güclü qadın?
Güclü qadın…
- Qırmızı pomada, mini ətək və eynək – səndə nə assossiyasiya edir?
Bir qadının xarici görünüşü... Belə qadınlar cazibədar olurlar.
- Sevgili rolunda çəkilsəydin tərəf müqabilin kim olsun istəyərdin?
Uşaqlıqdan kumirim Jennifer Lopez olub. Onunla tərəf müqabili olardım.
- Filmdə tərəf müqabili olduğun xanımla münasibət qura bilərsən?
Ola bilər. Ancaq özümə söz vermişəm ki, aktrisa ilə ailə həyatı qurmayacam. Ürəyim partlayar, mənim həyat yoldaşıma kimsə toxunsa… (gülür)
- Corcun qarderobunun əsasını nə təşkil edir?
Kostyumlar
- Foxy xanımlarına son sözün..
Hər bir qadın şahzadə olmağa layiqdir. Qadınlar kişilərin arxasında durmağı bacarmalıdır. Hər bir kişinin arxasında güclü qadın mütləq olmalıdır. Şahzadə olmağı arzulayıram foxy xanımlarına.
Mənbə:> Foxy.az