Xəyalların qadını olmaq istəyirsinizsə, əməl edin – TÖVSİYƏ
Xoşunuza gələn kişinin xəyallarındakı qadın olmaq istəyirsizsə, bu tövsiyələrə əməl edin:
- Qaçan həmişə qovalanır.
- Kişi ilk olaraq özünüzdə kompleks etdiyiniz nəyisə tapmağa çalışacaq.
- Özünüzə inansanız və güvənsəniz, kişini də buna inandıra bilərsiz.
- Qadın asanlıqla təslim olmayanda, hər yerdə, hər an yumşaq xarakterli bir davranış sərgiləməyəndə onun qəlbini qazanmaq kişi üçün daha maraqlı olacaq.
- Qadın özünə olan sevgi və hörmət arasında seçim etmək istərsə, hörməti seçməlidir. Bu, gec, ya tez qarşınızdakı kişidə də sizə qarşı hörmət oyandıracaq.
- Kişiyə qarşı özünüzə güvəndiyinizi bəlli edən addımlarla irəliləyin.
- Qaydalarınız və həddlərinizin olması özünüzə güvəninizin olduğunu göstərəcək.
- Ancaq həyatınızı kişiyə görə şəkilləndirməyiniz bir anda var olan şəxsiyyətinizi silib apara bilər. Halbuki həyata qarşı dimdik duran bir qadın olduğunuza ilk əvvəl özünüz inanmalısız.
- Qadın birlikdə olduğu kişiyə rahat nəfəs alması üçün vaxt tanımalıdır. Beləliklə, qarşısındakı kişi qəfəsdəymiş kimi hiss etməz. Hər iki tərəfin də özünə aid şəxsi həyatı və zamanı olmalıdır.
- Kişi hər münasibətin dərinliyinə dalmayan bir qadın olmadığınızı anlayarsa, narahatlığınızı yox etmək üçün daha incə davranacaq.
- Onunla bərabər olmağa ehtiyacınız olduğunu deyil, xoşlandığınız və gözəl anları çoxaltmaq istədiyiniz üçün yanında olduğunuzu hiss etdirin.
- Hər kişi cazibədar hesab etdiyi qadına yaxınlıq duyacaq, sonra münasibət istəyib-istəmədiyinə qərar verəcək.
- Bir qadın başqa bir qadınla rəqabətə girərsə. öz dəyərini azaltmış olar.
- Buraxın nəzarətin onun əlində olduğunu hiss etsin. Krala bənzəmək istəməsini xoş qarşılayın.
- Kişinin xəyallarındakı qadın olsanız, görüşdə hesabı sizin ödəmənizə icazə verməyəcək.
- Kişiyə onun güclü olduğunu hiss etdirsəniz, bundan xoşu gələcək.
- Onun yanında özünüzü güvəndə hiss etdiyinizi bəlli edin.
- Kişilər az və öz danışan qadınları xoşlayırlar.
- Siz xoşbəxt olanda o, özünü daha sərbəst və güclü hiss edəcək. Gülümsəyin və yaşanan hər anın dadını çıxarın.
- Həmişə şikayət etməniz onun üçün bir zəiflik hesab olunur.
- Yanlış hesab etdiyiniz məsələlər haqqında məntiqli şəkildə mübahisə etməyi bacarsanız, sizə hörməti artacaq.
- Kişiyə bağlı olmayın, kişinin yanında olun.
- Həmişə “bəli”, “yaxşı, necə istəyirsən”, - deyən qadın özündən çox kişiyə inandığını ifadə etmiş olur ki, kişilər də bunu zəiflik hesab edir.
- Həqiqətən güclü qadınlar niyə hörmətə ehtiyac duyduqlarını açıqlamazlar. Sadəcə özlərinə hörmət etməyən kişilərlə işləri olmaz!
Mənbə:> Lent.az