Ülviyyə Mahmudova: Qadın sevgisiz heç kimdir – FOTO
“Nargis” nəşriyyat evinin rəhbəri və dərgisinin baş redaktoru Ülviyyə Mahmudova qadın xoşbəxtliyindən bəhs edib.
Oxu.Az.az-ın məlumatına görə, nargismagazine.az saytına açıqlama verən baş redaktor bunları bildirib:
“Qadın gözəl görünmək üçün xoşbəxt olmalıdır. Xoşbəxtlik üçünsə, ona sevgi lazımdır – həqiqi və səmimi sevgi. Xüsusən vurğulayıram – səmimi sevgi. O zaman makiyajlı və ya makiyajsız, kök və ya arıq olmağının heç bir əhəmiyyəti yoxdur. Ən ideal gözəlin belə həyatında sevgi olmadığı halda o heç kimdir. Biz sevgisiz sönürük”.
Mənbə:> Oxu.Az